Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Böyük Britaniyalı həmkarı ilə görüşüb

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Böyük Britaniyalı həmkarı ilə görüşüb
# 02 iyun 2008 11:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Böyük Britaniya MSK-nın sədri Sem Yanqerlə görüşüb. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə,
görüşdə qurumlar arasındakı əlaqələr, perspektivdə birgə həyata keçiriləcək tədbirlər müzakirə edilib. M. Pənahov bu ilin payızında Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı S. Yanqerə məlumat verib. Görüşdə Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyət müzakirə edilib, bu istiqamətdə Azərbaycan MSK-nın atdığı addımlara diqqət yetirilib. R. Qasımov bildirib ki, Azərbaycan MSK Böyük Britaniya MSK ilə 2002-ci ildən əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR