Bank Of Baku

“Türk dünyasının fikir memarları” silsiləsindən ilk toplantı Məhəmməd Əmin Rəsulzadəyə həsr edilib

“Türk dünyasının fikir memarları” silsiləsindən ilk toplantı Məhəmməd Əmin Rəsulzadəyə həsr edilib
# 02 iyun 2008 12:00 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, KÖK Sosial ve Strateji Araşdırmalar Fondunun Krım və Qafqaz Araşdırmaları İnstitutunun təşkil etdiyi konfransı 1949-cu ildə Ankarada qurulan Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünal aparıb. KÖK Sosial və Strateji Araşdırmalar Fondunun prezidenti, professor Səma Özöndərin açılış nitqindən sonra söz məruzəçilərə verilib. İzmirdəki Egey Universitetinin türkologiya kafedrasının müdiri, professor Əli Yavuz Akpınar məruzəsində M. Ə. Rəsulzadənin ədəbi yaradıcılığından bəhs edib. Manisadakı Cəlal Bayar Universitetinin dosenti Cəlal Mətin Rəsulzadənin İrandakı fəaliyyəti və baş redaktoru olduğu “İrane-nou” jurnalındakı yazılarından danışıb. Filologiya elmləri namizədi Mayis Əlizadənin çıxışı isə “Müstəqil dövlətə gedən yolda siyasi cərəyanların infrastrukturları” mövzusunda olub. Konfransın ikinci bölümündə Azerbaycandan dəvət edilən millət vəkili, professor Nəsib Nəsibli “Rəsulzadənin millət anlayışının dövlətdə əksi və bu gün üçün model funksiyası daşıması” adlı məruzə ilə çıxış edib.
Konfransın iştirakçısı, tarixçi-professor Mustafa Kafalı APA-ya açıqlamasında M. Ə. Rəsulzadə ilə şəxsi tanışlığından danışıb: “Tələbəlik illərimizdə Ankaradakı Azərbaycan Kültür Dərnəyinə gedib Rəsulzadenin söhbətlərini dinləyərdik. Ensiklopedik bilgisi vardı, son dərəcə mədəni insan idi. Ölüm xəbərini eşidəndə dərin kədərə qərq olduq. Bizim çiyinlərimizdə o dünyaya getdi. Mayın 28-də məqbərəsinin açılış mərasimində nəvəsi Rəisi görən kimi Rəsulzadənin nəslindən olduğunu anladım. Rəis bəyi mənə tanıtdırmağa ehtiyac yox idi, çünki babasına çox oxşayır. Rəsulzadə böyük bir ideya adamı idi. Onun siyasi fəaliyyetini bütün türk dünyası kontekstində və Atatürklə birlikdə təhlil etmək lazımdır. Onu sağlığında gördüyümə görə özümü xoşbəxt hiss edirem”.
Qeyd edək ki, “Türk dünyasının fikir memarları: Azərbaycan istiqlalının 90-cı ilində Məhəmməd Əmin Rəsulzadə” adlı konfransın materialları kitab şəklində çap olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR