Bank Of Baku

Piter Semnebi: “Ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri arasında görüş zamanı danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunacaq”

Piter Semnebi: “Ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri arasında görüş zamanı danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunacaq”
# 02 iyun 2008 12:36 (UTC +04:00)
APA-nın məlumatına görə, Piter Semnebi Azərbaycanda keçirəcəyi görüşlərdə Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər, ölkədə həyata keçirilən siyasi islahatlar, prezident seçkisinə hazırlıq, enerji sahəsində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrin aparılacağını deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi vacibdir: “Ümid edirik ki, iki ölkə prezidentinin görüşü zamanı danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunacaq. Bu görüşdən münaqişənin tam həllini gözləmək olmaz”. P. Semnebi Ermənistanda seçkidən sonra vəziyyətin normallaşdığını, ancaq bəzi problemlərin hələ də qaldığını söyləyib: “Ümid edirik ki, həmin problemlər də həllini tapacaq”. Xüsusi nümayəndə yeni qəbul olunan “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanuna daha sonra münasibət bildirəcəklərini bildirib: “Bizim münasibətimiz Avropa Şurası Venesiya Komissiyasının rəyi üzərində qurulacaq”.
Qeyd edək ki, iki gün davam edəcək səfər çərçivəsində P. Semnebinin Azərbaycanda prezident, XİN başçısı, MSK sədri, QHT nümayəndələri, partiya liderləri ilə görüşü nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR