Bank Of Baku

Helsinkidə ATƏT məkanındakı münaqişələr müzakirə edilib

Helsinkidə ATƏT məkanındakı münaqişələr müzakirə edilib
# 02 iyun 2008 15:12 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Bu gün Helsinkidə ATƏT-in hazırkı sədri Finlandiya, ötən il quruma sədrlik etmiş İspaniya, eləcə də 2009, 2010, 2011-ci illərdə təşkilata sədrlik edəcək Yunanıstan, Qazaxıstan və Litva nümayəndələrinin görüşü keçirilib. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən qurumun hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb ATƏT məkanındakı əsas problemlər sırasında həll olunmamış münaqişələri də göstərib. İştirakçılar münaqişələrin qarşısının alınmasında və həllində ATƏT-in rolunun kifayət qədər böyük olduğunu vurğulayıblar. Bundan başqa, toplantıda terrorçuluqla mübarizə, gender bərabərliyi, insan alveri, insan hüquqlarının müdafiəsi, demokratiyanın təmin edilməsi və digər problemlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR