Bank Of Baku

Arif Hacılı: “Müsavat Partiyası prezident seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edə bilər”

Arif Hacılı: “Müsavat Partiyası prezident seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edə bilər”
# 02 iyun 2008 15:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavat Partiyasının prezident seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edəcəyi istisna olunmur”. Bunu APA-ya açıqlamasında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, partiya Divanının bu gün keçirilən iclasında seçkilərdə iştirak edib-etməmək məsələsi geniş müzakirə olunub. A. Hacılı bu müzakirələrin partiya strukturlarında davam etdiriləcəyini bildirib: “Müsavatın seçkilərdə iştirakla bağlı qəbul etdiyi qərarda göstərilirdi ki, partiya seçkilərə qədər olan dövrdə bu məsələyə yenidən qayıda və iştirak edib-etməmək məsələsini müzakirə edə bilər. İndi seçkilərlə əlaqədar bir mərhələ başa çatıb, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edilib. Yəni demokratiya imitasiyasından imtina olunub, faktiki olaraq müxalifətin fəaliyyətini tam məhdudlaşdırmaq xətti götürülüb. İstər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun, istərsə də Seçki Məcəlləsi daha da kəskinləşir. Seçki kampaniyasının müddətinin azaldılması, seçki təbliğatı imkanlarının məhdudlaşdırılması və digər bu kimi addımlar bizi vadar edir ki, yeni siyasi taktika üzərində düşünək. Yeni siyasi taktikada seçkidə iştirakdan imtinaya üstünlük veriləcəyi də istisna deyil. Məsələnin ciddiliyi nəzərə alınaraq, partiyanın bütün strukturlarında geniş müzakirələr aparılacaq”.
A. Hacılı sonda hansı qərarın qəbul olunacağı barədə indidən konkret söz deməyin çətin olduğunu söyləyib, son qərarın qısa müddətdə bəlli olacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR