Bank Of Baku

Avropa Şurası baş katibinin Azərbaycandakı yeni xüsusi nümayəndəsi vəzifəsinin icrasına başlamaq üçün Bakıya gəlir

Avropa Şurası baş katibinin Azərbaycandakı yeni xüsusi nümayəndəsi vəzifəsinin icrasına başlamaq üçün Bakıya gəlir
# 03 iyun 2008 08:57 (UTC +04:00)
APA-nın məlumatına görə, artıq xanım Kotek mayın sonlarında Bakıda tanışlıq səfərində olub, sələfi Denis Bribosiadan işləri təhvil alıb.
Qeyd edək ki, V. Kotek İsveçrənin Friburq Universitetinin hüquq fakültəsini bitirib, Böyük Britaniyanın Essex Universitetinin beynəlxalq insan hüquqları fakültəsində magistr dərəcəsi alıb, 2001-2002-ci illərdə İnsan Haqları Mükafatına layiq görülüb. Yeni xüsusi nümayəndə mübadilə proqramı üzrə ABŞ-ın Alabama Universitetində bir semestr hüquq fakültəsini də bitirib. 2006-cı ildən xanım Kotek AŞ İnsan Haqları və Hüquqi İşlər üzrə Baş İdarəsində Cənubi Qafqaz, Ukrayna, Rusiya, Cənub Şərqi Avropa hüquqi peşələrin fəaliyyətlərinin əməkdaşlığı və məhkəmə orqanlarının islahatı üzrə çalışıb. Əvvəllər o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Moskva ofisində işləyib və Sankt-Peterburqda qaçqınlar üzrə məsləhət mərkəzinə rəhbərlik edib. Xanım Kotek AŞ Parlament Assambleyasının Kopenhagen katibliyində işləyib, İsveçrədə akademik təcrübəyə yiyələnib. V. Kotek milliyyətcə yarı isveç, yarı çexdir, ingilis, çex, alman, fransız və rus dillərində sərbəst danışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR