Bank Of Baku

Pənah Hüseyn parlamentdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin əleyhinə səs verməyib

Pənah Hüseyn parlamentdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin əleyhinə səs verməyib
# 03 iyun 2008 09:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Seçki Məcəlləsinə əlavə və dəyişikliklər zamanı “Müsavat” deputat qrupunun cəmi bir üzvü qanunun əleyhinə səs verib. Bu barədə APA-ya məlumat verən qrupun üzvü Pənah Hüseynin sözlərinə görə, qanuna bu şəkildə əlavə və dəyişikliklərin edilməsinin əleyhinə olmasına və müzakirələr zamanı bunu açıq bildirməsinə baxmayaraq, səsvermədə iştirak etməyib: “Mən bir qayda olaraq əleyhinə olduğum qərarların səsverməsində iştirak etmirəm”. P. Hüseyn üzrlü səbəblərdən deputat qrupunun üzvü İltizam Əkbərli, Arzu Səmədbəyli və Nəsib Nəsiblinin həmin iclasda iştirak etmədiyini də qeyd edib. İkram İsrafilov isə qanunun əleyhinə səs verib.
Qeyd edək ki, qanuna əlavə və dəyişikliklər zamanı 100 deputat lehinə, 3-ü əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR