Bank Of Baku

Sərdar Cəlaloğlu: “Hələlik mitinqlər üçün sosial sifariş yoxdur”

Sərdar Cəlaloğlu: “Hələlik mitinqlər üçün sosial sifariş yoxdur”
# 03 iyun 2008 09:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Müxalifətin davamlı kütləvi aksiyalar keçirib Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərə etiraz etməsi vacibdir. Amma biz düşünürük ki, hələlik mitinqlər üçün sosial sifariş və şərait yoxdur”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Onun sözlərinə görə, ölkədə normal şəkildə kütləvi aksiyalar keçirmək üçün şərait yoxdur və ümumilikdə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun sərbəst toplaşmağı qadağan edir: “Təsəvvür edin ki, biz Bibiheybətdə aksiya keçiririk. Bu, insan hüquqlarına istehza, lağlağı etməkdir. Qanuna bu şəkildə dəyişiklik hansısa beynəlxalq öhdəliyin yerinə yetirilməsi yox, zarafatdır. Mitinq keçirmək üçün biz gərək küçəyə çıxıb döyüşək, ya da Bayılda, Qaraçuxurda, Qaradağda mitinq keçirək. Bəzən də hələ lağla deyilir ki, Şıxov çimərliyinə gedib həm çimək, həm də mitinq edək. Şəhərin mərkəzində aksiya keçirmək üçün isə gərək vətəndaşların çox böyük tələbi, sosial sifarişi olsun. Müxalifətin vəzifəsi xalqın münasibətini təşkilatlandırmaqdır. Belə bir sosial sifariş olsa, biz də xalqla bir yerdə olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR