Bank Of Baku

İstanbulda Azərbaycan və Ermənistan qeyri-hökumət təşkilatlarının nümayəndələri arasında görüş keçirilib

İstanbulda Azərbaycan və Ermənistan qeyri-hökumət təşkilatlarının nümayəndələri arasında görüş keçirilib
# 03 iyun 2008 09:54 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Türkiyənin İstanbul şəhərində “İnternational Alyert” beynəlxalq təşkilatının təşəbbüsü ilə “Münaqişələr və demokratikləşmə” mövzusunda forum keçirilib. Forumda Azərbaycan, Ermənistan qeyri-hökumət təşkilatlarının nümayəndələri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının təmsilçiləri iştirak ediblər. Forumda iştirak edən hüquq müdafiəçisi Səidə Qocamanlı APA-ya bildirib ki, tədbirdə Azərbaycandan onunla yanaşı, QHT rəhbərləri - Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Zərdüşt Əlizadə, Əli Abbasov, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi Kərim Kərimli və başqaları iştirak edib. S. Qocamanlının sözlərinə görə, forumda əsasən Ermənistan-Azərbaycan münaqişəsinin həllində vətəndaş cəmiyyətinin, demokratikləşmənin rolu barədə müzakirələr aparılıb: “Eyni zamanda Ermənistanda seçkilərdən sonrakı, Azərbaycanda isə seçkiöncəsi vəziyyət barədə fikir mübadiləsi aparıldı. Bizim üçün ən maraqlı məqamlardan biri Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin azərbaycanlı icmasının öz torpaqlarına qayıtması ilə bağlı təklif səsləndirmələri oldu. Onlar qeyd etdilər ki, yalnız bundan sonra Dağlıq Qarabağda referendum keçirmək olar”. Hüquq müdafiəçisi bu qəbildən olan növbəti görüşün avqustda keçirilməsinin planlaşdırıldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR