Bank Of Baku

BAXCP növbəti qurultayını “Bakı” kinoteatrında keçirəcək

BAXCP növbəti qurultayını “Bakı” kinoteatrında keçirəcək
# 03 iyun 2008 10:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) növbəti qurultayını “Bakı” Kinoteatrında keçirmək qərarına gəlib. Partiyanın sədri Qüdrət Həsənquliyevin APA-ya verdiyi məlumata görə, bu gün Təşkilat Komitəsinin toplantısı keçirilib və başqa variant olmadığından, qurultayın həmin yerdə keçirilməsi barədə qərar qəbul edilib. Partiya sədri bildirib ki, qurultayda ölkədəki ictimai-siyasi vəziyyət, sosial-iqtisadi durum, Qarabağ problemi ilə bağlı müzakirələr aparılacaq, bu ilin payızında keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərar qəbul ediləcək və təşkilati məsələlərə baxılacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi partiyaya qurultay keçirmək üçün Səttarxan adına zavodun Mədəniyyət Sarayını təklif edib. Lakin partiya bununla razılaşmayıb. Qurultayın “Bakı” kinoteatrında keçirilməsini isə Bakı Şəhər İcra Hakimiyyəti təklif edib. Qurultay iyunun 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR