Bank Of Baku

Azərbaycanla Türkiyə arasında “Dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq” Protokolu imzalanıb

Azərbaycanla Türkiyə arasında “Dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq” Protokolu imzalanıb
# 03 iyun 2008 10:43 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya arasında “Dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq” Protokolu imzalanıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədi Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Türkiyənin dövlət naziri Murat Başesgioğlu imzalayıb. Protokola əsasən, tərəflər dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində qarşılıqlı səfərlərin təşkil edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması, dövlət qulluğunun idarə olunmasının öyrənilməsi və təhlili, dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsinə yönələn təlim kursları və seminarların təşkil edilməsi və s. məsələlərlə bağlı razılığa gəliblər. B. Xəlilov Türkiyənin Dövlət Kadrlar İdarəsinin rəhbəri Jalə Aygüllə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR