Bank Of Baku

Britaniya XİN-in dövlət katibi: “Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xəttlə inkişaf edir”

Britaniya XİN-in dövlət katibi: “Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xəttlə inkişaf edir”
# 03 iyun 2008 12:01 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xəttlə inkişaf edir və biz bu münasibətlərin tempindən çox razıyıq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Böyük Britaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Diqbi Conz deyib. Azərbaycanın doğru inkişaf yolu seçdiyini deyən nazir Böyük Britaniyanın bu inkişafı yüksək qiymətləndirdiyini vurğulayıb: “Bu ölkədə korrupsiya ilə çox uğurlu mübarizə aparılır. Ölkədə insan haqlarının effektiv təmin olunması və azad ticarətin yaradılması üçün böyük imkanlar var. Azərbaycan 15 il ərzində irəliyə böyük addımlar atıb və hazırda yüksək templə inkişaf etməkdədir”. Diqbi Conz Böyük Britaniyanın bu məsələdə Azərbaycana həmişə yardım etməyə hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR