Azərbaycan müxalifətində prezident seçkilərini boykot etməklə bağlı müxtəlif fikirlər var - SORÄžU
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə seçkidə iştirakın tərəfdarıdır. Lakin o, partiyada seçkini boykot tərəfdarlarının ona qarşı qrup yaratdıqlarını bildirib: “Onlar deyirlər ki, seçkini mütləq boykot etməliyik. Mən isə düşünürəm ki, seçkini yalnız qanuni baza və seçkiqabağı dövrlə yox, həm də seçki dövrü və nəticələrlə qiymətləndirmək olar. Buna baxmayaraq, partiyada boykot tendensiyası güclənib, mənə ciddi təzyiqlər var, seçkini boykotun tərəfdarları artır. Partiyanın seçkili orqanları qərar verəndən sonra mən də bu qərara tabe olacağam”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev də Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərin demokratik prinsiplərdən geri çəkilmək olmasına baxmayaraq, seçkidə iştirakı vacib sayır: “Partiyanın mövqeyi bundan ibarətdir ki, seçkilərin demokratik keçirilməsi seçki qanunundan asılı ola bilməz. Seçkilərin demokratikliyi ölkədəki bütün siyasi qüvvələrin ədalətli seçkilərə qatılması və qanunların icrasının tam təmin olunmasıdır. Əgər seçkilər saxtalaşdırılacaqsa, qanun pozulacaqsa, o zaman həmin qanunun demokratikliyinin əhəmiyyəti yoxdur. Buna görə də hesab edirik ki, istənilən halda seçkiyə qatılmaq lazımdır. Seçkilərdə qanun pozuntularına cəhd olacaqsa, bunun qarşısını almağa cəhd edilməlidir. Bu cəhd nəticə verməsə belə, həmin adamlar ifşa olunmalıdırlar. Yoxsa kənarda durmaqla heç nəyə nail olmaq mümkün deyil. Bu baxımdan seçkilərdə iştirak edəcəyik”.
Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbərin sözlərinə görə, partiya Məclisinin seçkilərdə iştirakla bağlı qərarında vəziyyətdən asılı olaraq, boykota üstünlük veriləcəyi istisna edilməyib. Məclisin qərarının birmənalı olmadığını deyən S. Əkbər Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra yeni situasiyanın yarandığını söyləyib: “Siyasi vəziyyət aydınlaşıb və biz yaranmış vəziyyəti yenidən müzakirə etməyə başlamışıq. Əvvəlcədən konkret söz demək mümkün deyil, çünki partiya rəhbərliyində bu məsələ geniş müzakirə olunur. Əgər Divan məsuliyyəti öz üzərinə götürsə, yekun qərar Divanda qəbul olunacaq. Əks halda, Məclisin iclası çağırılacaq”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi, partiyanın baş katibi Fuad Muxtarov da boykot tərəfdarıdır. O, partiyada boykot tərəfdarlarının daha da aktivləşdiyini vurğulayıb: “Seçki Məcəlləsinə dəyişiklikdən sonra boykot tərəfdarları daha ucadan haqlı olduqlarını bildirirlər. Mənim də şəxsi mövqeyim budur ki, bu qanunla seçkiyə getmək olmaz”. F. Muxtarov bildirib ki, yaxın günlərdə Siyasi Şuranın iclasında ümumi mövqe müzakirə olunacaq, yekun qərar isə qurultayda qərar qəbul ediləcək.
Açıq Cəmiyyət Partiyası isə seçkilərə kimi şərait müsbət istiqamətdə dəyişəcəyi halda, seçkilərə qatılacaq. Partiyanın sədr müavini Yaqub Abbasov APA-ya bildirib ki, partiya son qərarını iyulun sonlarında verəcək: “Vəziyyət belə qalacaqsa, mətbuata basqılar olacaqsa, siyasi mühacirlərin Azərbaycana qayıtmasına imkan verilməyəcəksə, seçkilərə qatılmaqdan söhbət gedə bilməz. Bu vəziyyətdə fon yaratmağın əhəmiyyəti yoxdur”.
Ümid Partiyasının sədri İqbal Ağazadə rəhbərlik etdiyi partiyada seçkiləri boykot əhval-ruhiyyəsinin olmadığını deyib. Onun sözlərinə görə, bu barədə partiyada hər hansı müzakirənin aparılması da nəzərdə tutulmur: “Biz Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin bundan yaxşı olacağını gözləmirdik, illüziyaya da qapılmamışdıq. Ona görə də istənilən halda seçkidə iştirak edib ən azı cəmiyyətin demokratikləşməsi və beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərmək lazımdır. Vətəndaşların haqları uyğunda mübarizədə pessimist olmaq lazım deyil. Vətəndaşların seçkidə daha da aktiv olmasını istəyirik”.
Qeyd edək ki, AXCP, Milli Birlik Hərəkatı və Vətəndaş və İnkişaf Partiyasının daxil olduğu “Azadlıq” bloku prezident seçkilərini boykot etməklə bağlı artıq qərar qəbul edib.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
Bakıda hündürmərtəbəli binanın zirzəmisində yanğın olub
Füzulidə açıq ərazilərdə yanğın baş verib
Fransa Livanda beynəlxalq qüvvələrin yerləşdirilməsində iştirak etməyə hazır olduğunu açıqlayıb
İsrail Qəzzada HAMAS-ın hərbi obyektini vurub
Xarici qonaqlar Şuşada Qarabağ küçəsi ilə tanış olublar
Kəlbəcərdə yeniyetmə çaya düşüb
İsraildə növbəti parlament seçkilərinin tarixi açıqlanıb
İrana raket hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb
FHN Abşeron ərazisində baş vermiş yanğının söndürülməsi ilə bağlı işlər görür
İran ordusu ABŞ-ın Küveytdəki bazasına zərbə endirib
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
İranın Qeşm adasına 10-11 raket atılıb
İranın bəzi bölgələrində partlayış səsləri eşidilib
İnfantino: Futbol üzrə Dünya Çempionatında iştirakçıların sayı 64 ola bilər
ABŞ-ın BMT-dəki nümayəndəsi: İranla atəşkəs faktiki olaraq pozulub
Gəncədə 8 nəfər yas mərasimində zəhərlənib - YENİLƏNİB
SEPAH ABŞ-ın qanadlı raketini vurduğunu açıqlayıb
İran Körfəz ölkələrinə hücumlarını genişləndirir, Hörmüz boğazı bağlanıb
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb - FOTOLENT - YENİLƏNİB
Türkiyənin Muğla və Diyarbəkir bölgələrində meşə yanğınları başlayıb
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib - FOTOLENT
FHN: Samur-Abşeron kanalında 1 nəfər batıb
KİV: Rusiya qoşunları Ukraynanın Qrişino şəhərinə tam nəzarət edir
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Yəmən İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib
Ukrayna MN müşaviri: Rusiya danışıqlardan əvvəl cəbhədən bütün obyektləri vurmağa çalışacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Zelenski Baş nazir Sviridenkonun vəzifəsini dəyişir
SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini iddia edib
Amazon, Microsoft, Alphabet və Meta-nın milyardlıq AI planları açıqlanıb
Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb
Qətərdə gəmilərin dənizə çıxışı müvəqqəti qadağan edilib
Belqorodda avtomobildə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib, tərəflər qarşılıqlı zərbələr endirir
Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
İran Hörmüz boğazının yenidən bağlandığını bəyan edib
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Bu gün saat 15:00-da qəbul imtahanının düzgün cavabları təqdim olunacaq
Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Ukrayna hava hücumundan müdafiə sistemləri ballistik raketlərin 92%-ni hədəfə ala bilmir
Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb
Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Azərbaycanın bəzi rayonlarında dolu düşəcək - PROQNOZ
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib - YENİLƏNİB
Güclü leysan Gürcüstanın Telavi şəhərini su altında qoyub - VİDEO
İsrail niyə erməni soyqırımının tanınması təşəbbüsünü dayandırdı?
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib - FOTO - VİDEO
Marko Rubio Venesuelanı uzaqdan idarə edir