Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Diqbi Consla görüşüb

Azərbaycanın xarici işlər naziri Diqbi Consla görüşüb
# 03 iyun 2008 12:31 (UTC +04:00)
Bakı. Turan Hüseynova APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Diqbi Consla görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən D. Cons E. Məmmədyarovla bir sıra məsələləri müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, görüşdə iki ölkə arasında mövcud münasibətlər, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, Böyük Britaniyanın Azərbaycanda neft və qaz sahəsində daha çox investisiya qoyması, Azərbaycanın regionda rolu və digər məsələlər ətrafında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR