Bank Of Baku

Natiq Məmmədov: “Seçki kampaniyasının müddətinin 75 günə endirilməsi MSK-nın fəaliyyətinə problem yaratmayacaq”

Natiq Məmmədov: “Seçki kampaniyasının müddətinin 75 günə endirilməsi MSK-nın fəaliyyətinə problem yaratmayacaq”
# 03 iyun 2008 12:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsi Mərkəzi Seçki Komissiyasının fəaliyyəti üçün heç bir problem yaratmayacaq. Əksinə, bu seçkilərin daha çevik keçirilməsinə yardım edəcək”. Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov verib. Onun sözlərinə görə, MSK əvvəlki illərdən fərqli olaraq bu dəfə 75 günlük təqvim planı hazırlayacaq. Qurumun bu istiqamətdə fəaliyyətə başlaması seçkinin təyin edilməsindən asılıdır: “İndidən bununla bağlı fəaliyyətə başlamaq hələ tezdir. MSK öz fəaliyyətinin qanunun tələblərinə uyğun quracaq”. Seçki təbliğatı zamanı təşviqat materiallarının müəyyən olunmuş yerlərə yapışdırılması ilə bağlı qanunda edilən dəyişikliyin müsbət istiqamətdə atılan addım olduğunu deyən N. Məmmədov hesab edir ki, bu il keçiriləcək prezident seçkilərində əvvəlki seçkilərdə yaranmış mənzərə müşahidə olunmayacaq: “Yəni divarlara, harada gəldi, necə gəldi şəkillərin yapışdırılması düzgün deyildi. Ona görə də qanunvericilikdə çox düzgün dəyişiklik edilib, artıq ayrılmış yerlərdən başqa yerdə hər hansı təşviqat materialının yerləşdirilməsi qadağan edilir. O cümlədən binaların divarlarına, dirəklərə şəkillər yapışdırılmayacaq. Təşviqatın ayrılması üçün xüsusi yerlər ayrılacaq, orada namizədlər bərabər şəkildə öz materiallarını yerləşdirə bilərlər. Bu daha sivil üsuldur. Hər bir məntəqənin ərazisində xüsusi yerlər olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR