Bank Of Baku

Piter Semnebi müxalifət təşkilatlarının rəhbərləri ilə görüşüb

Piter Semnebi müxalifət təşkilatlarının rəhbərləri ilə görüşüb
# 03 iyun 2008 14:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün bir qrup müxalifət lideri ilə görüşüb. Ümid Partiyasının sədri İqbal Ağazadənin APA-ya verdiyi məlumata görə, görüşdə ondan başqa Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu və “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov iştirak edib. Görüşdə 2008-ci ilin prezident seçkilərinə hazırlıq, seçki öncəsi ölkədə ictimai-siyasi durum, partiyaların hazırlıq səviyyəsi və s. məsələlər müzakirə olunub. İ. Ağazadə bildirib ki, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, mətbuata olan təzyiqlər, seçkiöncəsi ölkədə yaranmış vəziyyət barədə geniş diskussiya aparılıb: “Seçki Məcəlləsinə yeni qəbul olunmuş dəyişiklər, “Diffamasiya haqqında” qanunun qəbul edilməməsi, “Siyasi partiyalar” və “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunlarda olan boşluqların və digər problemlərin seçki prosesinə ciddi mənfi təsiri olacağını diplomatın diqqətinə çatdırıldı”. P. Semnebi isə öz növbəsində bu il keçirilən seçkilərin Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının imzalanmasından sonra ilk seçki olacağını və bu seçkinin də Avropa İttifaqı üçün əhəmiyyətli olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR