Bank Of Baku

Piter Semnebi MSK sədri ilə görüşüb

Piter Semnebi MSK sədri ilə görüşüb
# 03 iyun 2008 15:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə, görüşdə P. Semnebi bu ilin payızında keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi ilə maraqlanıb. MSK sədri qonağa seçkilərlə bağlı bu vaxta qədər görülən işlər və gələcəkdə həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Tərəflər arasında seçkilərdə medianın roluna dair fikir mübadiləsi aparılıb. R. Qasımovun sözlərinə görə, P. Semnebi müzakirə olunan məsələlərlə bağlı öz mövqeyini bildirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR