Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Boyden Qrey, Stiven Mənn və Metyu Brayza ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Boyden Qrey, Stiven Mənn və Metyu Brayza ilə görüşüb
# 03 iyun 2008 16:19 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Avropa İttifaqı məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qrey, ABŞ Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə müavini Stiven Mənn və Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə görüşüb. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüşdə Azərbaycanın enerji siyasəti və enerji sahəsində Orta Asiya ölkələri ilə əməkdaşlığı, xüsusilə Azərbaycan və Türkmənistan arasında intensivləşmiş dialoqu müzakirə olunub. ABŞ nümayəndə heyətinin rəhbəri ölkəsinin Azərbaycanla yanaşı, enerji daşıyıcılarının təchizatçıları kimi Orta Asiya ölkələri ilə əməkdaşlığa önəm verdiyini, ABŞ şirkətlərinin bu əməkdaşlıqda xüsusi marağını vurğulayıb. Öz növbəsində E.Məmmədyarov Azərbaycanın enerji siyasətində diversifikasiya amilini əsas tutmaqla yanaşı, enerji tranziti marşrutlarının öz ərazisindən keçməsində də maraqlı olduğunu, bunun ölkə üçün geostrateji və iqtisadi əhəmiyyətini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR