Bank Of Baku

Norveçin dövlət katibi: “İnanıram ki, Azərbaycan dünya standartlarına uyğun demokratik seçkilər keçirə biləcəyini bütün dünyaya sübut edəcək”

Norveçin dövlət katibi: “İnanıram ki, Azərbaycan dünya standartlarına uyğun demokratik seçkilər keçirə biləcəyini bütün dünyaya sübut edəcək”
# 03 iyun 2008 16:23 (UTC +04:00)
O, xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyini deyib. O, Azərbaycan prezidenti İlham Əliyev, sənaye və energetika naziri Natiq Əliyevlə görüşü zamanı da Azərbaycanla Norveç arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi ətrafında fikir mübadiləsi aparıldığını bildirib. Dövlət katibi həmçinin qeyd edib ki, Norveçin “Statoil” şirkəti bundan sonra da həm boru kəmərləri layihəsində, həm də hasilat sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək və böyük layihələrə imza atacaq. Liv Monika Stabholt Azərbaycanda bu il keçiriləcək seçkilərin ölkəmiz üçün gözəl fürsət olacağını düşünür: “Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək və dünyanın gözü Azərbaycanın üzərində olacaq. Bu, ölkəniz üçün öz imkanlarını və potensialını bütün dünyaya göstərmək üçün gözəl bir fürsətdir. Azərbaycanın dünya standartlarına cavab verən seçkilər keçirəcəyini bütün dünyaya sübut edəcəyinə inanıram. Ümidvaram ki, ölkədə baş tutacaq demokratik seçkilər Azərbaycanın bundan sonrakı inkişafına təkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR