Bank Of Baku

Piter Semnebi Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib

Piter Semnebi Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib
# 03 iyun 2008 16:37 (UTC +04:00)
APA-nın məlumatına görə, P. Semnebi iki günlük səfəri zamanı prezident, xarici işlər naziri, sənaye və energetika naziri, Mərkəzi Seçki Komissiyasının sədri, müxalifət rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və diplomatlarla görüşdüyünü bildirib. O, görüşlərdə əsas müzakirə mövzularının qarşıdakı prezident seçkiləri, Dağlıq Qarabağ münaqişəsinin həlli, KİV-in vəziyyəti və enerji məsələsi olduğunu deyib. Xüsusi nümayəndə prezident seçkilərinin önəmini vurğulayaraq bu seçkinin Azərbaycanla Avropa Birliyi arasında Fəaliyyət Planının imzalanmasından sonra keçiriləcək ilk seçki olacağına diqqət çəkib: “Biz istərdik ki, seçkilər maksimum demokratik və azad keçirilsin. Bunun üçün bizim hansı köməyi göstərə biləcəyimizi də bilmək istərdik. Normal seçki keçirilməsinin ən vacib şərtləri ədalətli seçki kampaniyasının aparılması, sərbəst toplaşma azadlığının və seçki şikayətlərinin araşdırılmasının təmin olunmasıdır”. P. Semnebi KİV-lə bağlı vəziyyətin AB-nin diqqət mərkəzində olduğunu söyləyib. Enerji məsələsinə toxunan AB təmsilçisi Türkmənistan səfiri ilə görüşünü xüsusi qeyd edib: “Türkmənistanla münasibətlər enerji baxımından çox vacibdir. Avropa Birliyinin Orta Asiya üzrə nümayəndəsi Pyer Morellə birlikdə bu sahədə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR