Bank Of Baku

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva Qərbi Avropa İttifaqının sessiyasında iştirak etmək üçün Fransaya gedib

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva Qərbi Avropa İttifaqının sessiyasında iştirak etmək üçün Fransaya gedib
# 04 iyun 2008 08:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin deputatı Gövhər Baxşəliyeva Qərbi Avropa İttifaqının 54-cü sessiyasında iştirak etmək üçün Fransaya yola düşüb. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sessiyada Avropanın təhlükəsizlik strategiyası və bu məqsədə xidmət edən kosmik sistemlərlə bağlı müzakirə aparılacaq, Qara dəniz regionunda təhlükəsizlik üzrə parlament əməkdaşlığının imkanlarına bir daha nəzər salınacaq, Əfqanıstanda və Pakistanda siyasi vəziyyət, Rusiyanın müdafiə siyasəti və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. G. Baxşəliyeva tədbirdə silahlı münaqişələrin ətraf mühitə təsiri mövzusunda çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR