Bank Of Baku

Azərbaycan parlamentinin nümayəndə heyəti ABŞ-a səfərə gedib

Azərbaycan parlamentinin nümayəndə heyəti ABŞ-a səfərə gedib
# 04 iyun 2008 09:01 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri üzrə daimi komissiyasının sədr müavini Rövşən Rzayev, İqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov, deputatlar Nəsib Nəsibli, Ülvi Quliyev və Milli Məclis Aparatının bir qrup əməkdaşı ABŞ-a yola düşüb. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfər zamanı nümayəndə heyətinin üzvləri USAİD-in dəstəyi ilə Vaşinqtonda dairə seçki ofislərində görüşlər keçirəcək, ayrı-ayrı ştatlarda təlim toplantılarında iştirak edəcək, ABŞ-ın xarici əlaqələri, ölkələrarası münasibətlər, parlamentlərin fəaliyyət prinsipləri sahəsində təcrübə mübadiləsi aparacaqlar. Səfər iyunun 14-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR