Bank Of Baku

Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməmək barədə qərarını dəyişməyəcək

Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməmək barədə qərarını dəyişməyəcək
# 04 iyun 2008 09:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməməklə bağlı qərarında hər hansı dəyişiklik etmək fikrində deyil. Bu barədə APA-ya açıqlamasında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, Seçki Məcəlləsində seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması ilə bağlı hər hansı müddəa olacağı təqdirdə, partiyanın qərarını dəyişməsi mümkün idi: “Lakin qanunda belə bir dəyişiklik edilmədiyindən biz bu məsələyə yenidən qayırmağı düşünmürük. Bununla belə, seçkiyə kimi seçki komissiyaları paritet əsaslarla formalaşdırılsa, qərarda dəyişiklik ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR