Bank Of Baku

Lalə Şövkət: “Seçkidə iştirak qərarı verənlərin boykotla bağlı müzakirələrə başlaması “Azadlıq” blokunun haqlı olduğunu göstərir”

Lalə Şövkət: “Seçkidə iştirak qərarı verənlərin boykotla bağlı müzakirələrə başlaması “Azadlıq” blokunun haqlı olduğunu göstərir”
# 04 iyun 2008 10:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra bu il keçiriləcək prezident seçkilərində iştirak etmək qərarı verən müxalifət partiyalarının boykotla bağlı müzakirələrə başlaması “Azadlıq” blokunun mövqeyinin haqlı olduğunu göstərir”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun həmsədri, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət deyib. Onun sözlərinə görə, müxalifətin real namizədləri bir araya gələrək prezident seçkilərini boykot etsə, bu, daha səmərəli ola bilər. L. Şövkət boykotla bağlı müxalifət partiyaları arasında müzakirələrin aparılması üçün blokun xüsusi təşəbbüslə çıxış etməsinə ehtiyac görmədiyini deyib: “Bununla belə, müxalifətin əsas real namizədlərinin eyni fikrə gəldiyini görsək, “Azadlıq” bloku da bu müzakirələrdə iştirak edəcək”. Seçkilərin aktiv, yoxsa passiv boykot olunacağına gəldikdə isə L. Şövkət bildirib ki, hazırda seçkilərin aktiv boykot edilməsi üçün şərait yoxdur: “Aktiv boykot mitinq deməkdir. Mitinq keçirmək, sərbəst toplaşmaq hüququ yoxdursa, aktiv boykot da mümkün deyil. Buna baxmayaraq, bütün müxalifət vahid mövqeyə gəlsə, aktiv boykota da getmək olar”. L. Şövkət blokun şəhərin kənarında mitinqlər keçirmək fikrində olmadığını da vurğulayıb: “Şəhərin kənarında mitinq keçirmək mümkün deyil. Mitinqin mahiyyəti odur ki, etiraz aidiyyəti ünvana çatsın. Bibiheybətdə və ya Şıxovda keçirilən etiraz aksiyası isə artıq aksiya deyil, piknikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR