Bank Of Baku

ABŞ Dövlət Departamenti: “Dağlıq Qarabağın minalanmış sahələri ilə bağlı qeyri-müəyyən vəziyyət mövcuddur”

ABŞ Dövlət Departamenti: “Dağlıq Qarabağın minalanmış sahələri ilə bağlı qeyri-müəyyən vəziyyət mövcuddur”
# 04 iyun 2008 12:16 (UTC +04:00)
APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən yaydığı məlumata görə, hesabatın Azərbaycana həsr olunmuş hissəsində bildirilir ki, Ermənistanla mövcud olan Dağlıq Qarabağ münaqişəsi, həmçinin SSRİ dövründən qalmış bir sıra istifadə olunmamış hərbi bazaların mövcudluğu səbəbilə Azərbaycan ərazisində çoxlu sayda partlamamış hərbi sursat qalıb. “2003-cü ildə aparılmış tədqiqatlar zamanı məlum olub ki, Azərbaycanın 18 rayonunun 643 yaşayış məntəqəsində hələ də minalanmış sahələr mövcuddur. 1991-2006-cı illərdə ölkədə mülki şəxslərin minaya düşməsinə dair 2.297 fakt qeydə alınıb. 2006-cı ildə baş verən 17 belə insident zamanı iki nəfər ölüb, 15 nəfər yaralanıb. Dağlıq Qarabağın minalanmış sahələri ilə bağlı situasiya naməlum olaraq qalır, amma bu vəziyyətin gərgin olduğu güman edilir. ANAMA təşkilatı minaların təmizlənməsinə dair strateji plan hazırlayıb və bu iş ilin sonuna kimi başa çatmalıdır. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Silahların Yığılması və Ləğvinə dair Hərbi-Siyasi Məsələlər Bürosu Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 3,106,246 dollar yardım ayırıb. Bu vəsaitin 2,326,840 dolları proqramın inkişafına yönəldiləcək, 709,866 dolları isə ArmorGroup vasitəsilə texniki yardım şəklində ANAMA-ya veriləcək. Bundan başqa, Dövlət Departamenti İnternational Eurasia Press Fund təşkilatının Tərtərdə mina qurbanlarına yardım assosiasiyasının formalaşdırılmasına 69.540 dollar yardım göstərib. 2007-ci ildə Azərbaycana 2,487,000 dollar vəsait ayrılıb ki, bunun da 2,3 milyon dolları ANAMA-ya, 187 min dolları isə Füzuli və Ağstafada mina qurbanlarına yardım assosiasiyasının formalaşdırılması üçün İnternational Eurasia Press Fund təşkilatına verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR