Bank Of Baku

İyunun 18-də Azərbaycan Sosial Rifah Partiyasının növbəti hesabat-seçki qurultayı keçiriləcək

İyunun 18-də Azərbaycan Sosial Rifah Partiyasının növbəti hesabat-seçki qurultayı keçiriləcək
# 04 iyun 2008 13:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. İyunun 18-də “Park İnn” otelində Azərbaycan Sosial Rifah Partiyasının növbəti hesabat-seçki qurultayı keçiriləcək. Bu barədə APA-ya partiyanın sədri, millət vəkili Xanhüseyn Kazımlı məlumat verib. Partiya sədri sayca VI olacaq qurultayda rəhbər orqanların hesabatı ilə yanaşı, təşkilatı məsələlərə də baxılacağını deyib. Onun sözlərinə görə, qurultayda həmçinin bu ilin payızında ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı məsələyə də münasibət bildiriləcək: “Qurultay prezident seçkisinə start verildiyi müddətə təsadüf etmədiyindən, prezidentliyə namizədin irəli sürülməsi Ali Məclisə həvalə ediləcək. Biz hələ 2003-cü ildə prezident seçkisində İlham Əliyevin namizədliyini irəli sürən ilk və yeganə partiya olmuşuq. Çox güman ki, bu dəfə də qurultay seçki kampaniyasına start verilən zaman İlham Əliyevin namizədliyinin irəli sürülməsini Ali Məclisə tövsiyə edəcək”. Qeyd edək ki, Azərbaycan Sosial Rifah Partiyası 1994-cü ildə yaradılıb. Partiyanın yaradıcısı olan X. Kazımlı həmin vaxtdan təşkilata rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR