Bank Of Baku

Ombudsman Elmira Süleymanova Yaponiyada “Dinlər uşaqlar naminə” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

Ombudsman Elmira Süleymanova Yaponiyada “Dinlər uşaqlar naminə” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib
# 04 iyun 2008 14:45 (UTC +04:00)
Şirvan-APA. Əlibəy Zeynalov. Yaponiyanın Xirosima şəhərində “Dinlər uşaqlar naminə” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Ombudsmanı Elmira Süleymanova da iştirak edib. Ombudsman APA-nın Mil-Muğan bürosunun əməkdaşına açıqlamasında bildirib ki, tədbirin təşkilatçısı Yaponiyanın “Oriqato” Fondu olub, toplantıda YUNESCO və YUNİSEF-in nümayəndələri də iştirak ediblər. E. Süleymanovanın sözlərinə görə, konfransda əsasən uşaqların təlim-tərbiyəsi, hüquqlarının müdafiəsi barədə müzakirələr aparılıb. 30-dan çox ölkədən 300 nümayəndənin iştirak etdiyi konfransın devizi Cəlalləddin Ruminin “Mən uşaqsız dünyadan qorxuram” sözləri olub. E. Süleymanova deyib ki, o və Azərbaycanı konfransda təmsil edən digər şəxslər 20 illik erməni təcavüzünün ölkəmizə vurduğu ziyan barədə ətraflı məlumat veriblər: “Konfransda Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən məsələlərə də toxunuldu. Biz orda sərgi də təşkil etdik. Ermənilər sərgilərində Şuşanın şəkillərindən öz məqsədləri üçün də istifadə etmişdilər. Lakin Azərbaycandan olan iştirakçılar sərgidə Şuşanın daha böyük şəkillərini nümayiş etdirdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR