Bank Of Baku

Böyük Britaniya hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Britaniya şirkətlərinə təsir göstərə bilmir

Böyük Britaniya hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Britaniya şirkətlərinə təsir göstərə bilmir
# 04 iyun 2008 15:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA. Böyük Britaniya hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Britaniya şirkətlərinin fəaliyyətinə müdaxilə edə, onlara təsir göstərə bilmir. APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın ticarət və investisiya naziri Lord Diqbi Cons deyib. O bildirib ki, Böyük Britaniya qanunvericiliyinə əsasən hökumətin özəl şirkətlərin fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur: “Əgər bizim şirkətlər münaqişə regionunda humanitar fəaliyyətlər göstərirlərsə, mən bunu dəstəkləyirəm. Yox, əgər söhbət həmin şirkətlərin biznes fəaliyyəti qurmağından gedirsə, deyə bilərəm ki, bizim hökumət biznes qurumlarının işinə müdaxilə etmir. Ona görə də şirkətlər istədikləri yeri seçir və sərbəst fəaliyyət göstərirlər”. Belə olan təqdirdə Britaniya şirkətlərinin İrana qarşı tətbiq olunan sanksiyalarda iştirakının necə gerçəkləşdiyi barədə suala isə nazir “bu, BMT-nin qətnamələri əsasında həyata keçirilir”,- deyə cavab verib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı ilə bağlı BMT-nin 4 qətnamə qəbul etdiyini xatırladan jurnalistlərə britaniyalı nazir belə cavab verib: “Hansısa qətnamədə belə sanksiyalar nəzərdə tutulursa, Britaniya şirkətləri onu yerinə yetirəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR