Bank Of Baku

Eldar Namazov: “Müxalifət düşərgəsi bir neçə adamın girovuna çevrilməməlidir”

Eldar Namazov: “Müxalifət düşərgəsi bir neçə adamın girovuna çevrilməməlidir”
# 04 iyun 2008 15:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Müxalifət düşərgəsi bir neçə adamın girovuna çevrilməməlidir”. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov APA-ya bildirib ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların iyunda keçirilməsi nəzərdə tutulan forumu ilə bağlı bir neçə istiqamətdə məsləhətləşmələr aparılır. “Bu dəfə kimlərinsə iddiasına görə forum təxirə salınmayacaq. Hesab edirəm ki, kim birgə
fəaliyyət göstərmək və əməkdaşlıq etmək istəyirsə, bu tədbirə qatılacaq”. Onun sözlərinə görə, əməkdaşlığa meylli olan qurumlar artıq foruma dəstək veriblər. Seçkidə boykot tərəfdarı olmadıqlarını da söyləyən E. Namazov deyib ki, Seçki Məcəlləsinin bu şəkildə qəbulu onların seçkidə iştirakları ilə bağlı qərarlarını dəyişməyəcək: “Bizim üçün boykot məsələsi gündəmdə heç vaxt olmayıb. Çünki əvvəlcədən vəziyyəti təhlil etmişdik. Təəssüf ki, müxalifət düşərgəsində təmsil olunan bəzi partiyalar bu məqama diqqət yetirmədilər. Hər halda, müxalifət partiyaları bütün maneələrə baxmayaraq, seçkilərə mübarizə meydanı kimi baxmalı, seçkiyə faiz üçün qatılmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR