Bank Of Baku

YAP rəsmi saytında keçirdiyi sorğunun nəticələrini açıqlayıb

YAP rəsmi saytında keçirdiyi sorğunun nəticələrini açıqlayıb
# 04 iyun 2008 15:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Yeni Azərbaycan Partiyası (YAP) rəsmi İnternet saytında “BMT Baş Məclisində Azərbaycan Respublikasının təqdim etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin səsverməsi zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) tutduğu mövqeyə necə münasibət bəsləyirsiniz?” mövzusunda keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sorğu iştirakçılarının 65 faizi Minsk Qrupu həmsədrlərinin səsvermə zamanı tutduqları mövqeni çox mənfi, 4 faizi mənfi qiymətləndirib, 26 faizi isə bunun gözlənilən olduğunu bildirib. YAP mətbuat xidmətinin sorğunun nəticələrinə əlavə etdiyi şərhdə deyilir ki, cavabların bir-birinə yaxın və əsasən mənfi təmayüldə olması təsadüf deyil: “ATƏT kimi təşkilat münaqişənin həllində lazımi qətiyyəti göstərmir və bu amil konfliktin uzanmasına və dərinləşməsinə gətirib çıxarır. Halbuki Minsk Qrupunun həmsədri olan ölkələr (ABŞ, Fransa, Rusiya) dünyada və regionda kifayət qədər nüfuzlu və aparıcı dövlətlərdir, onlar təcavüzkar Ermənistana təsir göstərmək üçün yetərincə güclü vasitələrə malikdirlər. Lakin bu dövlətlər təcavüzkar Ermənistanla ərazisi işğala məruz qalmış Azərbaycan arasında heç bir fərq qoymur. Onların bir çox halda - konkret məlum səsvermə zamanı olduğu kimi - təcavüzkarın xeyrinə qərarlar vermələri heç şübhəsiz, Azərbaycan ictimai rəyinə təsirsiz ötüşməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR