Bank Of Baku

YAP-ın icra katibi Çinin Avropa və Asiya Əlaqələri İnkişafı İnstitutunun rəhbəri ilə görüşüb

YAP-ın icra katibi Çinin Avropa və Asiya Əlaqələri İnkişafı İnstitutunun rəhbəri ilə görüşüb
# 04 iyun 2008 15:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov Çin Xalq Respublikasının Bakıda səfərdə olan Avropa və Asiya Əlaqələri İnkişafı İnstitutunun rəhbəri Li Fanlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Çinlə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb. Tanışlıq xarakteri daşıyan görüşdə qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin törətdiyi fəsadlar, münaqişənin sülh yolu ilə həlli istiqamətində rəsmi Bakının səyləri, Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin edən islahatlar, o cümlədən YAP-ın fəaliyyəti, məqsədi və məramı barədə geniş məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR