Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan Naxçıvandan Dəniz Baykala zəng edib

Rəcəb Tayyib Ərdoğan Naxçıvandan Dəniz Baykala zəng edib
# 04 iyun 2008 16:25 (UTC +04:00)
Ankara APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyası (CHP) gənclər təşkilatının baş katibi Ərsin Çıldırın faciəli ölümü ilə əlaqədar partiyanın lideri Dəniz Baykala başsağlığı verib. APA-nın məlumatına görə, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olarkən hadisədən xəbər tutan R. T. Ərdoğan D. Baykala telefon açaraq başsağlığı diləyini şəxsən çatdırıb.
Qeyd edək ki, olay Türkiyənin cənub-şərqindəki Şanlıurfa rayonu ərazisində baş verib. CHP-nin avtobusu körpünün altından keçərkən avtobusun üzərində olan Ə. Çıldırın başı körpüyə dəyib. Ağır yaralanan gənc siyasətçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR