Bank Of Baku

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının özünə yeni qərargah inşa etdirməsi ilə bağlı yayılan məlumatlar dezinformasiyadır”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının özünə yeni qərargah inşa etdirməsi ilə bağlı yayılan məlumatlar dezinformasiyadır”
# 05 iyun 2008 08:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Yeni Azərbaycan Partiyasının özünə yeni qərargah inşa etdirm’si ilə bağlı yayılan məlumatlar dezinformasiyadır. Mətbuatda guya artıq binanın tikildiyini yazırlar. Əgər doğrudan da belə bir tikinti varsa, bizə də göstərsinlər, görək hardadır”. Bunu APA-ya açıqlamasında YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, hazırda YAP-ın yeni bina inşa etdirmək niyyəti yoxdur, gələcəkdə isə hər şey ola bilər: “YAP-ın qərargahı var, şəhərin ən yaxşı yerindədir və bundan yaxşı yeri də təsəvvür etmək mümkün deyil. Bu qərargah bizi qane edir və burada özümüzü yaxşı hiss edirik. Bizi indi maraqlandıran əsas məsələ 2008-ci il prezident seçkiləridir. Başqa məsələlər barədə düşünməyə vaxtımız yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR