Bank Of Baku

KXCP-də prezident seçkisinin boykot edilməsi ilə bağlı fikir formalaşır

KXCP-də prezident seçkisinin boykot edilməsi ilə bağlı fikir formalaşır
# 05 iyun 2008 08:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “İstənilən müxalifət təşkilatında olduğu kimi, Klassik Xalq Cəbhəsi Partiyasında da prezident seçkisinin boykot edilməsi ilə bağlı fikir formalaşır və bu mövqe Seçki Məcəlləsinin bu şəkildə qəbulundan sonra təbii sayılmalıdır”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, partiyanın prezident seçkisində iştirak edib-etməyəcəyinə dair qərar Ali Məclisin iyunun 7-də keçiriləcək toplantısında veriləcək. “Boykot məsələsi yarış deyil ki, kimdənsə geridə qalmamaq üçün çalışasan. Amma bu barədə fikirlər bizim partiyada da formalaşa bilər. Çünki Seçki Məcəlləsinin bu şəkildə qəbulu bizi də qane etmədi. Demokratik Seçki Mərkəzində də bu fikirdə olanlar var. Hesab edirəm ki, məsələyə Ali Məclisin sessiyasında obyektiv qiymət veriləcək”. M. Mirəlioğlu müxalifət düşərgəsində təmsil olunan partiyaların iştirakı ilə forumun keçirilməsi cəhdlərinə də münasibətini açıqlayıb: “Forum haqqında çox danışılıb. Hətta bunu sammit kimi təqdim edənlər var. Bu, bizim tərəfimizdən gözlənilən və qəbul olunandır. Hesab edirəm ki, birgə müzakirələrin aparılması ölkədə ictimai-siyasi vəziyyətə təsir edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR