Bank Of Baku

ABŞ Dövlət Departamenti: “Azərbaycan traffikinq üçün tranzit ölkədir”

ABŞ Dövlət Departamenti: “Azərbaycan traffikinq üçün tranzit ölkədir”
# 05 iyun 2008 09:13 (UTC +04:00)
“Azərbaycandan qadınlar seksual istismar məqsədilə Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə, kişilər və uşaqlar isə əmək istismarı üçün Rusiyaya göndərilirlər. Kişi və qadınlar həmçinin seksual və əmək istismarı məqsədilə İran, Pakistan və Hindistana göndərilir. Azərbaycan eyni zamanda Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Moldovadan traffikinq qurbanlarının Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə göndərilməsində tranzit ölkə kimi istifadə olunur. Naxçıvan ərazisindən də traffikinq qurbanlarının Türkiyəyə göndərilməsində tranzit kimi yararlanırlar”. Hesabatda qeyd olunur ki, Azərbaycan ökuməti traffikinqə qarşı mübarizəyə dair standartları tam yerinə yetirmir, lakin bu istiqamətdə müəyyən əhəmiyyətli addımlar atır. ABŞ Dövlət Departamenti traffikinqə qarşı mübarizəni gücləndirmək məqsədilə Azərbaycana öz tövsiyələrini də verib. Bu tövsiyələr traffikinq qurbanlarına yardım məqsədilə milli mexanizmin yaradılması, insan alverçilərinin aşkarlanması və cəzalandırılması məqsədilə qanunvericilik aktlarını sərtləşdirmək, müvafiq treninqlər keçirməkdən ibarətdir. Hesabatda bildirilir ki, ötən il Azərbaycanda 75 traffikinq halı qeydə alınıb və 85 traffikinq qurbanı aşkarlanıb: “Lakin bu statistikaya fahişləkik və qaçaqmalçılıqla bağlı faktlar daxil deyil. Bundan başqa traffikinqə görə saxlanan şəxslərin yarısı ev dustağı edilib, digər yarısı isə 10 il müddətinə həbs cəzası alıb. Traffikinq probleminin həllinə korrupsiya və lazım təcrübənin olmaması da maneçilik törədir. Dövlət 2005-ci ildə irəli sürülən bəzi tövsiyələri hələ də yerinə yetirməyib. 2007-ci ildə yalnız 29 traffikinq qurbanı dövlətdən 40 dollar yardım alıb. Bir çox insa alverinin qurbanları dövlətdən deyil, dost və tanışlarından yardım almağa üstünlük verirlər. Bundan başqa 11 traffikinq qurbanı restuticiya proqramı çərçivəsində insan alverçilərindən kompensasiya alıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR