Şimal “İpək yolu” - TƏHLİL
Buxarets. Dr. Fəxri Kərimli-APA. Mayın 12-də Litva, Belarus və Ukraynanın nəqliyyat nazirləri Algirdas Butkyaviçyus, Vladimir Sosnovski və İosif Vinski “Vikinq” yük qatarları xətti marşrutunun inkişaf etdirilməsi barədə saziş imzalayıblar. Bu sazişin qeyri-adiliyini və region ölkələri üçün kəsb etdiyi əhəmiyyəti yəqin ki, elə imzalanma mərasiminə Litva prezidenti Valdas Adamkusun qatılması da sübut etməkdədir.
Yeni marşrut Beynəlxalq Dəmir Yolu Birliyinin müəyyən etdiyi 9-cu nəqliyyat dəhlizi ilə üst-üstə düşür. Uzunluğu 567 km olan dəhliz Klaypeda-Şyaulyay-Vilnüs-Minsk xətii boyunca uzanır. Bu dəhliz üzrə hərəkət edən “Vikinq” beynəlxalq qatarı əslində artıq 5 ildir ki, Litvanın Baltik dənizi sahilindəki limanı olan Klaypeda ilə Ukraynanın Qara dəniz sahilindəki İliçevsk (Odessa) limanı arasında fəaliyyət göstərir, belə ki, həmin marşrut üzrə ilk səfər 8 fevral 2003-cü il tarixində həyata keçirilib. İki dəniz arasındakı 1700 km-lik məsafəni 45-48 saata qət edən qatarlarda yük daşıma tarifləri avtomaşınlarla daşınmadan təxminən 30-50 % daha ucuzdur. Məhz buna görə də 2007-ci ildə bu xətt üzrə yük dövriyyəsi 1,7 dəfə artaraq 40,6 min konteyner təşkil edib. Litva, Ukrayna və Belarusun birgə layihəsi olan “Vikinq” hazırda uğurla beynəlxalq layihəyə çevrilməkdədir. Litva-Belarus-Ukrayna danışıqlarının əsas mövzusu daşınmaların əngəlsiz və sürətlə həyata keçirilməsini təmin etməklə yanaşı həm də marşrutun şimalda Skandinaviya və Qərbi Avropa, cənubda isə Azərbaycanın Xəzər sahillərinə qədər uzadılmasından ibarət olub.
Hələ 2007-ci ilin sonunda Ukrayna-Litva hökumətlərarası ticarət və iqtisadiyyat komissiyasının iclası keçirilərkən tərəflər “Vikinq” qatarı ilə daşınan yüklərin həcminin artırılması barədə razılıq əldə edib. Ukraynanın o zamankı nəqliyyat və rabitə naziri Nikolay Rudkovski hər iki ölkənin bu dəhliz üzrə yük axınının artırılması üçün əllərindən gələni edəcəklərini bildirib. Litvanın təsərrüfat naziri Vitas Navitskas isə deyib ki, tərəflər bu marşrutun TRACECA dəhlizini əhatə etməsinə səy göstərəcək.
Layihə baş tutarsa, onda onu əminliklə tez-tez tarixi “İpək Yolu”nun varisi adlandırılan TRACECA-nın şimal variantı adlandırmaq olar. Belə ki, dəhlizin yarısı məhz Şərq-Qərb koridorunun payına düşür. Bu marşrut Avropa ilə Asiya arasında transkontinental nəqliyyat imkanlarını genişləndirəcək - xüsusən də TRASECA marşrutunun Qara dəniz regionundan Baltik regionunadək təbii davamı olacaq. Digər tərəfdən isə layihənin Qara dənizdən şimaldakı hissəsi az qala son dövrdə gündəmdən düşməyən Odessa-Brodı-Qdansk neft kəmərinin marşrutu ilə paralellik təşkil edir. Layihənin gerçəkləşdirilməsində ən çox maraqlı olan dövlətlərdən bəlkə də birincisi Litvadır. Bu ölkənin baş naziri Gediminas Kirkilasın cari ilin aprel ayında Azərbaycan və Türkmənistana, may ayında isə Türkiyə, Qazaxıstan və Qırğızıstana gerçəkləşdirdiyi səfərlər zamanı “Vikinq” layihəsi fəal surətdə təbliğ olunub. Bununla yanaşı rəsmi Kiyev də Azərbaycan, Gürcüstan, Türkmənistan, Özbəkistan və Türkiyə dəmir yolları administrasiyalarına müraciət edərək marşrutun uzadılması təşəbbüsü ilə çıxış edib və İliçevsk-Poti-Batumi bərə xəttini işə salmağa hazır olduğunu bildirib. Türkiyə layihə ilə artıq maraqlandığını bəyan edib. Həmin marşrutla həmçinin Skandinaviya, Latviya və Estoniyadan gələcək yüklərin də daşınması mümkündür.
“Vikinq” layihəsinin heç şübhəsiz ki, həm də aydın siyasi tərəfi var: bu marşrut Qafqaz və Mərkəzi Asiya dövlətlərini Avropa siyasi orbitinə daha çox yaxınlaşdırmaqla onlar üçün “Qərbə pəncərə” funksiyasını yerinə yetirəcək və eyni zamanda neft və maye qazın ənənəvi Rusiya marşrutuna alternativ təşkil edəcək. Təsadüfi deyil ki, Litvanın baş naziri G. Kirkilas Qazaxıstanda olarkən yerli sahibkarları Klaypeda limanında inşa olunacaq maye qaz terminalının tikintisinə qatılmağa dəvət edib.
Azərbaycan üçün layihə heç şübhəsiz ki, böyük əhəmiyyət daşıyır, çünki “Vikinq” layihəsi ölkənin tranzit dövlət mövqeyinin bir daha qabardılmasına və strateji əhəmiyyətinin gətirib çıxara bilər. TRACECA layihəsi üzrə yüklərin daşınması ildən-ilə artsa da, hələ də bu, gözlənilən səviyyədə deyil. Görünür, Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu xətti üzərində sürətlənən işlər də TRACECA dəhlizinin qarşısındakı Qara dəniz “tıxacını” aradan qaldırması məqsədini güdür. “Vikinq” marşrutunun İliçevsk limanından Poti-Batumi xəttinə qədər uzadılması və Poti-Tiflis-Bakı dəmir yoluna birləşdirilməsi Azərbaycan və digər Qafqaz ölkələrinə öz məhsullarını Klaypeda limanı vasitəsilə Qərbi Avropa, Skandinaviya bazarlarına daha ucuz və daha tez çıxarmasına imkan verir. Litvanın baş naziri G. Kirkilasın sözlərinə görə məhz buna görə də onun təmsil etdiyi ölkə Azərbaycanın dövlət orqanlarını, ticarət və nəqliyyat şirkətlərini “Vikinq” layihəsinin üstünlüklərindən faydalanmaq üçün Litva şirkətləri ilə əməkdaşlıq etməyə çağırır.
“Vikinq” marşrutu həm də Rusiyanın ərazisindən yan keçməklə bu dövlətin nəqliyyat potensialını hədələyir. Çünki yeni dəhliz bilavasitə Skandinaviya və Şimali Avropa ölkələrinə xitab etməklə həyata keçirilməsi ildən-ilə yubadılan “Şimal-Cənub” dəhlizinin bazasını zəiflədir. İran ərazisindəki Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin istifadəyə verilməməsi “Şimal-Cənub” dəhlizi layihəsinin indiyə qədər kağız üzərində qalmasına gətirib çıxarıb.
İndi qərar Azərbaycanındır. “Vikinq” konteyner qatarı marşrutunun Azərbaycana qədər uzadılması ilə bağlı təkliflərin rəsmiləşdirilməsi üçün müvafiq müqavilənin imzalanmasına ehtiyac duyulur. Belə bir müqavilənin bağlanması isə Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, Mərkəzi Asiya, Cənubi Qafqaz və Baltik regionları arasında dəmir yolu əlaqələrini gücləndirə bilər.
Təhlil
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
İnfantino: Futbol üzrə Dünya Çempionatında iştirakçıların sayı 64 ola bilər
ABŞ-ın BMT-dəki nümayəndəsi: İranla atəşkəs faktiki olaraq pozulub
Gəncədə 8 nəfər yas mərasimində zəhərlənib - YENİLƏNİB
SEPAH ABŞ-ın qanadlı raketini vurduğunu açıqlayıb
İran Körfəz ölkələrinə hücumlarını genişləndirir, Hörmüz boğazı bağlanıb
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb - FOTOLENT - YENİLƏNİB
Türkiyənin Muğla və Diyarbəkir bölgələrində meşə yanğınları başlayıb
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib - FOTOLENT
FHN: Samur-Abşeron kanalında 1 nəfər batıb
KİV: Rusiya qoşunları Ukraynanın Qrişino şəhərinə tam nəzarət edir
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Yəmən İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib
Ukrayna MN müşaviri: Rusiya danışıqlardan əvvəl cəbhədən bütün obyektləri vurmağa çalışacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Zelenski Baş nazir Sviridenkonun vəzifəsini dəyişir
SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini iddia edib
Amazon, Microsoft, Alphabet və Meta-nın milyardlıq AI planları açıqlanıb
Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb
Qətərdə gəmilərin dənizə çıxışı müvəqqəti qadağan edilib
Belqorodda avtomobildə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib, tərəflər qarşılıqlı zərbələr endirir
Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
İran Hörmüz boğazının yenidən bağlandığını bəyan edib
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Bu gün saat 15:00-da qəbul imtahanının düzgün cavabları təqdim olunacaq
Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Ukrayna hava hücumundan müdafiə sistemləri ballistik raketlərin 92%-ni hədəfə ala bilmir
Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb
Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Azərbaycanın bəzi rayonlarında dolu düşəcək - PROQNOZ
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib - YENİLƏNİB
Güclü leysan Gürcüstanın Telavi şəhərini su altında qoyub - VİDEO
İsrail niyə erməni soyqırımının tanınması təşəbbüsünü dayandırdı?
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib - FOTO - VİDEO
Marko Rubio Venesuelanı uzaqdan idarə edir
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir - FOTOLENT - YENİLƏNİB
Bəqayi Əraqçinin Omana səfərinin detalları barədə danışıb
Qətərin keçmiş əmiri vəfat edib
SEPAH: Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub
Pakistanın xarici işlər naziri Əraqçi ilə telefon danışığı edib, İran və ABŞ-ı gərginliyi azaltmağa çağırıb
ABŞ senatoru Lindsi Qrem vəfat edib
Konqoda daha bir ABŞ vətəndaşında Ebola virusu aşkarlanıb
DÇ-26: Argentina İsveçrə qarşılaşmasından sonra Xulian Alvares oyunun ən yaxşısı adına layiq görülüb
Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə hücum edib, ölənlər var
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
ABŞ-ın hücumuna cavab olaraq, İran körfəz ölkələrinə raket və PUA hücumları edib - YENİLƏNİB
Kanadada festival zamanı silahlı insident olub, 2 nəfər ölüb, yaralılar var
Finlandiya Rusiyadan dəmir yolu keçid məntəqələrinin bağlanması ilə bağlı bildiriş alıb