Bank Of Baku

Mübariz Əhmədoğlu: “Rusiya postsovet regionunda olan münaqişələrin həlli üçün bazarlığa bağlayıb”

Mübariz Əhmədoğlu: “Rusiya postsovet regionunda olan münaqişələrin həlli üçün bazarlığa bağlayıb”
# 05 iyun 2008 10:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu may ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin yekunlarına dair mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, M. Əhmədoğlu əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara yönəldib: “Rusiya postsovet regionunda olan münaqişələrin həlli üçün bazarlığa bağlayıb. Artıq bu məqam Moldova ilə Rusiya arasında Dnesteryanı münaqişənin həllində özünü göstərir. Azərbaycanda bu amilə diqqət yetirməlidir. Münaqişənin tez bir zamanda həllinə nail olmasaq, Azərbaycan geriləyə bilər və ölkədə parçalanma planı işə başlayar. Azərbaycan Rusiya ilə əməkdaşlığa getməli və Qarabağ münaqişəsini öz xeyrinə həll etməlidir”. Ermənistanın münaqişənin həlli prosesindən kənarda qalmaq şansının artdığını da deyən M. Əhmədoğlunun fikrincə, Rusiyanın Ermənistanın mövqeyi olmadan Azərbaycanla bu məsələdə razılaşa bilər. “Ermənistanın və Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi Azərbaycandan asılıdır. Ermənilər öz təhlükəsizliklərini təmin etmək istəyirlərsə, azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qayıtması ilə razılaşmalıdırlar. Proses ermənilərin əleyhinə işləyir”. M. Əhmədoğlu deyib ki, münaqişənin həlli üçün Azərbaycanın qarşısında iki yol durur: “Azərbaycan ya Rusiya ilə bu məsələni həll etməli, ya da müharibəyə başlamalıdır. Bu məqamda Ermənistan ordusu öz xalqına kömək edə bilməz”. O, Gürcüstanın da Ermənistanla münasibətlərinin kəskinləşdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR