Bank Of Baku

Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Sərdar Cəlaloğlu ilə görüşüb

Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Sərdar Cəlaloğlu ilə görüşüb
# 05 iyun 2008 10:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Bakı ofisinin rəhbəri Ceyk Cons Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Seçki Məcəlləsinə edilən əlavə və dəyişiklikdən sonra yaranmış siyasi vəziyyət, ADP-nin bu dəyişikliyə münasibəti və seçkiyə hazırlığı müzakirə edilib. Seçki ərəfəsində qurumlar arasında əməkdaşlıq məsələlərinə də toxunulub və partiya fəalları üçün BRİ tərəfindən keçiriləcək seminarlar barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR