Bank Of Baku

ADP-də prezident seçkilərində iştirakla bağlı fikir ayrılığı yaranıb

ADP-də prezident seçkilərində iştirakla bağlı fikir ayrılığı yaranıb
# 05 iyun 2008 10:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “ADP-də bir sıra şəxslər bu il keçiriləcək prezident seçkilərində iştirakın əleyhinə çıxsalar da, onların sayı çox deyil. Partiyada bütün qərarlar səsvermə ilə qəbul edilir və boykot tərəfdarları ciddi dəstəyə nail ola bilməyəcəklər”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov deyib. O bildirib ki, bəziləri seçkidə iştirak etməyi əlavə əziyyət sayır, bəziləri isə hələ də tərəddüd edir: “Seçki kampaniyasına start verilən ərəfədə bu məsələni Ali Məclisin iclasında bir daha müzakirə edəcəyik. Yəqin ki, səs çoxluğu ilə seçkilərdə iştirak barədə qərar qəbul olunacaq. Ölkədə şəraitin dəyişməməsinə, Seçki Məcəlləsinə tələb etdiyimiz dəyişikliyin edilməməsinə baxmayaraq, biz seçkiyə getməyi vacib sayırıq. Söhbət qələbədən, prezident olmaqdan getmir. Siyasi qüvvə olaraq prosesdə iştirak etmək lazımdır”.
ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev isə boykot tərəfdarıdır. O, bir müddət əvvəl seçkidə iştirak etmək istəyən partiyaların öz mövqelərinə yenidən baxması barədə təkliflə çıxış etdiyini, lakin həmin qüvvələr tərəfindən “top-tüfənglə” qarşılandığını xatırladıb: “Artıq Müsavat Partiyasında boykot təklifləri səslənir. Əslində mən seçkidə iştirakın tərəfdarıyam. Amma bu şəraitdə seçkidə iştirak etmək bizə heç nə verməyəcək. Marks deyirdi ki, polad iki cür əriyir: paslanaraq və işləyərək. Biz seçkini boykot etməklə paslanaraq, qoşulsaq isə işləyərək əriyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR