Bank Of Baku

Ukrayna və Gürcüstan birgə sülhməramlı qüvvələr yaratmaq barədə razılığa gəlib

Ukrayna və Gürcüstan birgə sülhməramlı qüvvələr yaratmaq barədə razılığa gəlib
# 05 iyun 2008 11:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Gürcüstanda səfərdə olan Ukraynanın müdafiə naziri Yuri Yexanurov söyləyib. O, hazırda Gürcüstan tərəfi ilə hərbi kontingentin strukturu və qarşısında duracaq vəzifələrlə bağlı məsləhətləşmələrin davam etdiyini deyib: “Çox ümid edirəm ki, GUAM-a üzv digər ölkələr də qısa bir zamanda bu layihəyə qoşulacaqlar”. Ukrayna Müdafiə Nazirliyinin beynəlxalq münasibətlər departamentinin direktoru İvan Androsenko APA-ya açıqlamasında birgə sülhməramlı hərbi birləşmələrin yaradılması ideyasının Yuri Yexanurovun Bakıya səfəri zamanı da müzakirə olunduğunu deyib: “Bu məsələ Bakıda da müzakirə olunub və çox pozitiv qarşılanıb. Bu gün nazir Kiyevə qayıdır, o qayıtdıqdan sonra məsələ ilə bağlı qərar qəbul olunacaq”. Androsenko GUAM sülhməramlı qüvvələrinin yaradılması ilə bağlı Moldova ilə xüsusi danışıqların aparılmayacağını bildirib: “Heç bir ölkə ilə ayrı-ayrılıqdan danışıq aparılmamalıdır, qərarı konsensus yolu ilə vermək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR