Bank Of Baku

Azərbaycan qəzetlərindən birinin baş redaktoru partiya yaradır

Azərbaycan qəzetlərindən birinin baş redaktoru partiya yaradır
# 05 iyun 2008 11:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Açıq Cəmiyyət Partiyası İdarə Heyətinin keçmiş üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev siyasi partiya yaratmaq niyyətindədir. A. Quliyev APA-ya açıqlamasında artıq bu istiqamətdə müzakirələrə başladığını bildirib. O, müzakirələrdə iştirak edən şəxslərin bir çoxunun siyasi partiya formasında, bir qisminin isə QHT formasında fəaliyyət göstərməyi təklif etdiyini söyləyib. Hələlik yekun qərarın qəbul olunmadığını deyən A. Quliyev yaxın vaxtlarda müzakirələrin yekunlaşacağını vurğulayıb: “Hələlik təşəbbüs qrupunun yaradılması və strukturlaşma mərhələsinə keçməmişik. Təşkilatın adı, fəaliyyət istiqamətləri barədə tam qərarlaşmış mövqe olduqdan sonra struktur məsələsinə baxacağıq”. A. Quliyev bu ilin payızında keçiriləcək prezident seçkilərinə qədər yeni qurumun təsis olunacağını açıqlayıb. Müzakirələrdə iştirak edən şəxslərin kimliyinə gəldikdə, baş redaktor bildirib ki, onların içərisində keçmiş partiyadaşları və Azərbaycan cəmiyyətində kifayət qədər tanınmış şəxslər var: “Partiya yaratmağa qərar versək, onun iqtidaryönlü, yoxsa müxalifyönlü olacağı barədə indidən heç nə deyə bilmərəm. Hələlik bu barədə danışmaq tezdir. Sadəcə, onu deyə bilərəm ki, yeni mərhələdə siyasi fəaliyyətimiz əvvəlki baxışlardan müəyyən qədər fərqlənəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR