Bank Of Baku

Novruz Məmmədov: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ehtiyac yaranıb”

Novruz Məmmədov: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ehtiyac yaranıb”
# 05 iyun 2008 12:50 (UTC +04:00)
Əlaqələri genişləndirmək üçün müəyyən təşəbbüs, konsepsiya və planların olduğunu bildirən şöbə müdiri sabah Sankt-Peterburqda təşkil olunacaq Beynəlxalq İqtisadi Forum və MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində ikitərəfli münasibətləri tənzimləyən görüşlərin keçiriləcəyini qeyd edib.
Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın görüşünün hansı formatda keçiriləcəyi, görüşə ev sahibliyi edən Dmitri Medvedyevin görüşə qatılıb-qatılmayacağına dair sualı cavablandıran şöbə müdiri bunun Ermənistan prezidenti yeni seçiləndən sonra ilk görüş olacağını, odur ki, bu görüşə ehtiyac duyulduğunu söyləyib. O, görüşün formatı barədə dəqiq məlumatı olmadığını bildirib: “Azərbaycan prezidenti üçün Ermənistan prezidentinin doğrudan da münaqişənin həlli ilə bağlı müəyyən konstruktiv mövqeyinin, fikirlərinin və ümumiyyətlə, bu məsələni həll etmək səlahiyyətinin olub-olmadığını bilmək çox vacibdir. Çünki son aylar baş verən proseslər, seçkilərdən sonra insanların qətliamı, müxtəlif səviyyədə həbslər, ölkədəki vəziyyət, KİV-in bağlanması göstərir ki, Ermənistan cəmiyyətində bir parçalanma var və əhalinin müəyyən hissəsi Serj Sərkisyana etimad göstərmir. Yaranmış böhrandan sonra Ermənistan prezidentinin münaqişəni həll etmək imkanları da çətinləşir. Bu nöqteyi-nəzərdən bu görüş bizim üçün bir növ tanışlıq xarakteri daşıyacaq, vəziyyətin öyrənilməsi üçün bir imkan olacaq”.
MDB çərçivəsində baş nazir müavinləri səviyyəsində koordinatorlar institutunun yaradılması təşəbbüsünə münasibət bildirən N. Məmmədov yalnız institut yarandıqdan sonra onun məqsəd və vəzifələri haqqında konkret fikir söyləməyin mümkünlüyünü vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR