Bank Of Baku

AŞ PA-nın yay sessiyasının gündəliyi açıqlanıb

AŞ PA-nın yay sessiyasının gündəliyi açıqlanıb
# 05 iyun 2008 13:28 (UTC +04:00)
Daha sonra iclasda Boris Zalanın AŞPA Bürosu və Daimi Komitəsinin fəaliyyətinə dair hesabatı, Gürcüstan və Makedoniyada parlament seçkiləri ilə bağlı məruzələr dinlənəcək. Günün ikinci yarısında AŞ PA Nazirlər Komitəsinin sədri və İsveçin xarici işlər naziri Karl Bildt kommunike ilə çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq. Daha sonra AŞ PA üzvləri Qara dənizin ekologiyasına zərər vurulmasına qarşı mübarizəyə dair hesabatı müzakirə edəcəklər. İyunun 24-də həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova Azərbaycanda demokratik institutların fəaliyyətinə dair hesabatı açıqlayacaqlar. Hesabat ətrafında müzakirələrdən sonra xüsusi qətnamənin qəbul olunması gözlənilir. Həmin gün qadınların müasir cəmiyyətdə rolu və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi və Cənub-Şərqi Avropa ölkələrində fəaliyyətinə dair məruzələr dinləniləcək. İyunun 25-də keçiriləck iclasın gündəliyinə Avropada demokratiyanın vəziyyəti, Avropada diversifikasiya və miqrasiya məsələləri (məruzəçi Andreas Qross), miqrantların demokratik proseslərdə iştirakında müsbət irəliləyişlər, Avropada demokratik institutların fəaliyyəti (məruzəçi Sergey Qolovatıy), tədris prosesində mədəniyyət, demokratiya və insan hüquqlarının təmin olunması barədə hesabatlar dinlənəcək. Bir gün sonra AŞ PA üzvləri Çində ümumi vəziyyəti müzakirə edəcəklər, daha sonra Serbiya prezidenti Boris Tadiç iştirakçılar qarşısında çıxış edəcək. Daha sonra Türkiyədə demokratik institutların fəaliyyətinə dair müzakirələrin davam etdirilməsi nəzərdə tutulur. Sessiya iştirakçıları həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini müzakirə edəcək (məruzəçi Maykl Xankok), qurumun rəhbəri Yakob Kellenberq bəyanatla çıxış edəcək. Sessiyada Ermənistanda demokratik institutların fəaliyyəti məsələsinin də müzakirəsi gözlənilir. Bu məsələnin gündəliyə daxil edilməsi AŞ PA Monitorinq Komitəsi həmməruzəçilərinin 16-17 iyunda Ermənistana səfərindən asılıdır. Əgər həmməruzəçilər ötən müddət ərzində ciddi irəliləyiş əldə olunmadığı qənaətinə gəlsələr, o zaman məsələ AŞ PA sessiyasında müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR