Bank Of Baku

DAK-ın təşəbbüsü ilə “İranda insan haqlarının bugünkü durumu” mövzusunda dəyirmi masa keçirilib

DAK-ın təşəbbüsü ilə “İranda insan haqlarının bugünkü durumu” mövzusunda dəyirmi masa keçirilib
# 05 iyun 2008 15:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə “İranda insan haqlarının bugünkü durumu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, DAK Gənclər Təşkilatının sədri Məzdan Seyidli bildirib ki, İranda insan haqlarının pozulması faktlarının sayı artıb, qeyri-fars millətlərə olan qeyri-insani rəftar, işgəncə, edam, sürgün və mədəni soyqırım halları dünya ictimaiyyətinin diqqətini cəlb edib. Onun sözlərinə görə, İranda hakimiyyəti ələ keçirən farslar din faktorundun istifadə edərək, digər millətləri istismar edir. DAK İnformasiya Mərkəzinin rəhbəri Əlirza Amanbəyli İranda yaşayan azərbaycanlıların öz haqları uğrunda apardıqları mübarizəyə diqqəti yönəldib. O, bu məsələdə beynəlxalq təşkilatları aktiv olmağa da çağırıb. Ə. Amanbəyli deyib ki, 2007-ci ildə 470 İran vətəndaşı müxtəlif səbəblərdən aşkar şəkildə edam olunub. Güney Azərbaycan İstiqlal Partiyasının informasiya mərkəzinin sədri Sadiq İsabəyli, Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı nümayəndəliyin rəhbəri Ağrı Qaradağlı və digərləri beynəlxalq təşkilatların diqqətini İranda baş verənlərə yönəltməyin vacibliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR