Bank Of Baku

Əlirza Şeyx Əttar: “İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yenidən öz üzərinə götürməyə hazırdır”

Əlirza Şeyx Əttar: “İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yenidən öz üzərinə götürməyə hazırdır”
# 05 iyun 2008 17:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib. O, hər iki tərəfdən təklif olacağı təqdirdə, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində vasitəçilik missiyasını yenidən öz üzərinə götürməyə hazır olduğunu bildirib. Qonaq ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətbəxş saymasa da, İranın bu çərçivədə danışıqları dəstəklədiyini qeyd edib. Əlirza Şeyx Əttar İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb. İran şirkətlərinin separatçı Dağlıq Qarabağ rejimi ilə əməkdaşlığı barədə məlumatları ölkəsinə qarşı təxribat hesab edən nazir müavini İranın heç bir telekommunikasiya şirkətinin Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıq etmədiyini söyləyib. O, Ermənistan yeni müdafiə naziri Seyran Ohanyanın İrana səfərinə də münasibət bildirib. İranın 15 qonşusu olduğunu xatırladan nazir müavini qonşuluq çərçivəsində belə səfərlərin normal olduğunu deyib. O, erməni nazirlə keçirilən görüşlərdə Azərbaycan əleyhinə heç bir məsələ müzakirə olunmadığını diqqətə çatdırıb.
Əlirza şeyx Əttar İranın Xəzəryanı dövlətlərin Parlament Assambleyasının yaradılmasının tərəfdarı olduğunu da bildirib. Ölkəsinin nüvə proqramına toxunan qonaq təzyiqlərə baxmayaraq, İranın uranın zənginləşdirilməsini davam etdirəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR