Bank Of Baku

İran xarici işlər nazirinin müavini: “Xəzərin statusu ilə bağlı məsələdə tələsməyə ehtiyac yoxdur”

İran xarici işlər nazirinin müavini: “Xəzərin statusu ilə bağlı məsələdə tələsməyə ehtiyac yoxdur”
# 06 iyun 2008 08:08 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında İran xarici işlər nazirinin birinci müavini Əlirza Şeyx Əttar deyib. O bildirib ki, bu məsələ ilə əlaqədar beştərəfli görüşlər işçi qruplar və xarici işlər nazirləri səviyyəsində davam etdirilməlidir: “Statusun müəyyənləşdirilməsi ilə bağlı bütün detallar müzakirə olunmalıdır. Hüquqi cəhətdən qaranlıq məqamların hamısı aydınlaşdırılmalıdır. Bu baxımdan müzakirələrin səbirlə davam etdirilməsi bütün tərəflərin maraqlarına uyğundur. Azərbaycanla bərabər, digər ölkələr də bu fikri dəstəkləyir”. Diplomatın sözlərinə görə, status məsələsi ikitərəfli əlaqələrin inkişafına mane olmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR