Bank Of Baku

Azərbaycan parlamentinin üzvü Vyetnamda keçirilən beynəlxalq tədbirə qatılıb

Azərbaycan parlamentinin üzvü Vyetnamda keçirilən beynəlxalq tədbirə qatılıb
# 06 iyun 2008 08:31 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirə qatılan Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva sammit çərçivəsində Ümumdünya Qadınlar Sammitinin prezidenti İrene Natvidad, Kambocanın qadın məsələləri üzrə naziri Çum Teav İnq Kantha Favi, Misirin Milli Qadın Şurasının baş katibi Fəxrundə Həssən, Laosun naziri və Qadınlar Birliyinin prezidenti Susay Leudedmounson, Maldivinin gender və ailə naziri Aişat Mohammed Didi, Cənubi Afrikanın ticarət və sənaye nazirinin müavini Elizabet Thabethe, Veytnatnamın əmək və sosial işlər nazirinin müavini Nuyuh Thi Nhan, Liviya nümayəndə heyətinin rəhbəri Huda Fathi Ben Aamir, Malayziya nümayəndə heyətinin rəhbəri ilə görüşüb. Millət vəkili görüşlərdə Azərbaycanda qadın, uşaq və ailə məsələləri ilə bağlı görülən işlər, həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat verib. Q. Paşayeva Azərbaycanın 1-ci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ailə, qadın və uşaq məsələləri sahəsində həyata keçirilən layihələri, onların müsbət nəticələrini diqqətə çatdırıb. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatını yaşadığını deyib. Ermənilərin azərbaycanlılara qarşı 1918-ci ildə və 1992-ci ildə (Xocalı) törətdikləri soyqırım barədə danışan deputat qeyd edib ki, bu hadisələr zamanı minlərlə qadın və uşaq işgəncələrlə qətlə yetirilib, əsir götürülən yüzlərlə qadın və uşaq indiyədək geri qaytarılmayıb. Q. Paşayeva sammitdəki çıxışında da Azərbaycanın müstəqillik əldə etməsindən sonra keçdiyi yol, əldə etdiyi uğurlar, iqtisadi nailiyyətləri barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR