Bank Of Baku

Mixail Zabelin: “Rus dilinə dövlət dili statusu verilməsi uzun prosesdir, amma hesab edirəm ki, bu məsələni qaldırmaq lazımdır”

Mixail Zabelin: “Rus dilinə dövlət dili statusu verilməsi uzun prosesdir, amma hesab edirəm ki, bu məsələni qaldırmaq lazımdır”
# 06 iyun 2008 10:09 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin verib. Dövlət Dumasında “MDB ölkələrində rus dilinin ikinci dövlət dili elan olunması” barədə səslənən təklifə münasibət bildirən Mixail Zabelin xatırladıb ki, bu məsələ Azərbaycan Konstitusiyası qəbul olunarkən qaldırılmışdı: “Biz beş min nəfərin imzası ilə ölkə rəhbərliyinə müraciət ünvanlamışdıq. Amma həmin vaxt Azərbaycan demokratik inkişaf yoluna yeni gədəm qoyduğu üçün, müraciətimiz lazımi nəticə vermədi. Bununla belə dövlət dili ilə bağlı bənddə yazılıb ki, dövlət digər dillərin inkişaf və istifadə olunması üçün əlindən gələni edir. Güman edirəm ki, gələcəkdə rus dili ikinci dövlət dili kimi olmasa da, millətlərarası ünsiyyət dili kimi Konstitusiyada əksini tapa bilər”. Mixail Zabelin rus dilinə dövlət statusu verilməsi ilə Dağlıq Qarabağ münaqişəsinin həllində əlaqə görmədiyini bildirib: “Bunlar tamamilə başqa-başqa məsələlərdir. Qarabağda baş verənlər separatçı hərəkatdır, o münaqişədə rus muzdluları iştirak edib, amma bu, rəsmi Rusiyanın mövqeyi olmayıb. Ərəb ölkələri və Türkiyədən olan muzdlular Çeçenistanda vuruşublar, amma Rusiya bu ölkələri təqsirləndirməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR