Bank Of Baku

Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondu yaradılıb

Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondu yaradılıb
# 06 iyun 2008 10:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Əhməd Erentok bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, ATİB-in təsis etdiyi bu fond elmi-siyasi fəaliyyət göstərəcək: “Türkiyə uydurma “erməni soyqırımı” ilə bağlı məsələləri ciddi qəbul etmədi. Nəticədə isə bu gün dünyanın 22 ölkəsində, ABŞ-ın 44 ştatında qondarma “erməni soyqırımı” qəbul edildi, onunla bağlı uydurma məlumatlar dərsliklərə salındı. İki gün öncə isə Kanadanın Toronto şəhərində də soyqırımla bağlı məlumatların dərsliklərə salınması elan olundu. Biz müdafiə olunmaqla heç nəyə nail olmadıq. İndi mütəşəkkil bir şəkildə, faktlarla, vəsaitlərlə hücuma keçmək lazımdır”.
Ə. Erentokun sözlərinə görə, yeni təsis edilən qurumun məqsədi Azərbaycan və Türkiyə tarixlərində olan erməni problemini üzə çıxartmaq və dünyaya yaymaqdır: “Toplantıda ATAF-ın strategiyası, təşkilati strukturu, ştat cədvəli, büdcəsi müzakirə ediləcək”.
Mətbuat konfransında iki ölkənin dövlət, elm xadimlərindən ibarət olan ATAF rəhbərlərinin adları açıqlanıb. Türkiyənin IX prezidenti Süleyman Dəmirəl qurumun rəhbəri, Azərbaycan və Türkiyə parlamentlərinin rəhbərləri Oqtay Əsədov və Köksal Toptan həmsədrlər, iki ölkənin parlamentlərarası dostluq qruplarının rəhbərləri Nizami Cəfərov və Mustafa Kabakçı sədr müavinləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR