Bank Of Baku

“Demokrat Elçibəy” mövzusunda elmi-praktik konfrans keçirilib

“Demokrat Elçibəy” mövzusunda elmi-praktik konfrans keçirilib
# 06 iyun 2008 12:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bütöv Azərbaycan Birliyi (BAB) “Demokrat Elçibəy” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, BAB Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli Əbülfəz Elçibəyin demokratiya carçısı olduğunu deyib. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bildirib ki, Ə. Elçibəy həyatı boyu milli-mənəvi dəyərlərə sadiq qalıb, ölkədə demokratiyanın qalib gəlməsinə çalışıb: “Elçibəy doğum, yaxud vəfatı günündə yada düşməməlidir. İlboyu onunla bağlı silsilə tədbirlər keçirilməli, irsi araşdırılmalıdır”. Qadınların Siyasi Mədəniyyət Mərkəzinin sədri Mehriban Vəzir də Elçibəyi daxilən demokrat adlandırıb: “Hər bir insanda daxilən despotizm var. Bəziləri öz iradələri sayəsində bu despotizmi məhv edə bilirlər. Əbülfəz Elçibəy də belə şəxslərdən idi”. Konfransda çıxış edən digər şəxslər də Elçibəylə bağlı fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR